Firəngiz Rəhimbəyovanın anası: "Məni burada atıb,... getdi" - VİDEO
    • 3-12-2018, 15:34
    • 1 630

Firəngiz Rəhimbəyovanın anası: "Məni burada atıb,... getdi" - VİDEO

ARB TV-nin “Düz bazar” verilişində bu dəfə övladları tərəfindən qocalar evinə atılan valideynlər barəsində müzakirə baş tutub.

Qonaq qismində iştirak edən “Bəxt üzüyü” filminin “Seda”sı kimi məşhurlaşan Firəngiz Rəhimbəyovanın mənəvi anası Sona Rəhimbəyova aktrisadan ağızdolusu danışıb:
“Anası rəhmətə gedib, ona 15 il analıq etmişəm. Tək övladım, öz doğma qızım isə evimi satdı və məni burada atıb İsrailə getdi. Nəvəmi də apardı, nəvəmə həsrət qaldım. Amma Firəngiz gəlib mənə baş çəkir. Mənə deyir ki, “gəl, səni aparım özümlə”.
Mən razı olmadım. Burada anadan olub, burada böyümüşəm, bura mənə rahatdır. Firəngiz isə tez-tez zəng edib məni axtarır. Bilirsiniz, o mənə necə dayaq durur?! Çox qayğıma qalır”.

//Oxu.az