Mahsun Kırmızıgül aktyorları palçığa batırdı- FOTO
    • 6-12-2018, 11:41
    • 952

Mahsun Kırmızıgül aktyorları palçığa batırdı- FOTO

Rejissorluğunu Mahsun Kırmızıgülün etdiyi "Mucize2: Aşk" filmindən kadrarxası görüntülər yayılmaqda davam edir.

News24.az xəbər verir ki, maraqlı görüntülərin yer aldığı ekran işində diqqət çəkən məqamlardan biri də palçıq vannasında olan çəkilişdir. 

Əyləncəli görüntülər aktyorlara çətin anlar yaşadıb. Oktyabr ayında ssenariyə uyğun olaraq üzərlərindəki palçığı təmizləmək üçün dənizə girməli olan heyət xəstələnib. Mahsun Kırmızıgül isə bu səbəbdən çəkilişlərə 2 gün fasilə verib.