Bu ilin 10 ən yaxşı aktyor və aktrisası onlardır - SİYAHI
    • 6-12-2018, 16:40
    • 1 019

Bu ilin 10 ən yaxşı aktyor və aktrisası onlardır - SİYAHI

Dünyanın ən böyük kino portalı olan "İMDb" 2018-ci ilin ən yaxşı 10 aktyor və aktrisasını seçib. 

News24.az xəbər verir ki, siyahıda ilk sırada "Qalatkita qoruyucuları" və "Qisasçılar: Sonsuzluq müharibəsi" filmlərində Nebula obrazı ilə tanınan Karen Gilliandır.

İkinci yerdə isə "Yura dövrü dünyası" filmində rol alan Brays Dallas Xovarddır. 

Siyahıda yer alan digər adları təqdim edirik:
Alisiya Vikander
Tom Hardi
Rebekka Ferquson
Lili Ceyms
Cessika Barden
Hanna Con Keymen
Coş Brolin
Tessa Tompson