Zaur Kamala yeni vəzifə verildi - AÇIQLAMA
    • 6-12-2018, 18:03
    • 2 627

Zaur Kamala yeni vəzifə verildi - AÇIQLAMA

Aparıcı Zaur Kamala "Xəzər Media Mərkəzi"ndə yeni vəzifə verilib. 

News24.az xəbər verir ki, Z.Kamal "Xəzər Fm" və "100.5 FM - Fərqli radio"ya rəhbər təyin olunub. 

Aparıcı yeni vəzifəsi haqda bunları deyib:

"Yəqin ki, 20 illik iş təcrübəmi nəzərə alıb, güvənibə bu vəzifəni mənə həvalə etdilər. Biz də çalışacağıq ki, yeni proqram və layihələrimizlə dinləyicilərin zövqünü oxşayaq. Həm "Xəzər FM" həm də "100.5 FM" hər zaman fərqli radio olub. Çalışacağam ki, nə televiziya və radio proqramında nə də tutduğum vəzifədə heç bir axsaqlıq olmasın".

Qeyd edək ki, Zaur Kamal "Xəzər" TV-də "5də 5", radioda isə "Poliqon" verilişinin aparıcısıdır. 

Teymur MƏMMƏDOV