Miss Supranational 2018 Puerto-Riko gözəli seçildi - FOTOLAR - VİDEO
    • 8-12-2018, 11:27
    • 1 133

Miss Supranational 2018 Puerto-Riko gözəli seçildi - FOTOLAR - VİDEO

Ötən gün Miss Supranational 2018 gözəllik müsabiqəsinin finalı keçirilib.

News24.Az xəbər verir ki, Polşada keçirilən müsabiqənin həm də 10 illik yubileyi qeyd edilib. Müsabiqədə 70-dən çox ölkənin gözəlləri iştirak ediblər. 
Əvvəl 25 ölkənin gözəli yarımfinala vəsiqə qazanıblar. Sonda isə 5 ölkə təmsilçiləri finala düşüblər. Onların arasında Puerto-Rikonun təmsilçisi 24 yaşlı Valeriya Vaskes müsabiqənin qalibi elan edilib. Ötən ilin qalibi Koreya gözəli Cenni Kim tacını ənənəyə uyğun yeni gözələ təhvil verib. 

Müsabiqənin 2-cisi Amerika gözəli olub. Digər yerləri Polşa, İndoneziya və Meksika gözəlləri tutublar.