“Altın Kelebek”i Aygün qazandı

“Altın Kelebek”i Aygün qazandı
ŞOU-BİZNES / SİYASƏT

08 dekabr 2018, 13:49

Mətn ölçüsü

Sabah Türkiyədə nüfuzlu “Altın Kelebek”  mükafat mərasimi baş tutacaq. Gecədə xalq artisti Aygün Kazımova da iştirak edəcək. 

O, Azərbaycanda keçirilən səsvermə nəticələrinə uyğun olaraq birinci kimi tədbirdə iştirak etmək hüququ əldə edib. Pop ulduza bazar günü axşamı “Azərbaycanda ilin qadın müğənnisi” nominasiyası üzrə qalib mükafatı təqdim ediləcək.  

Qeyd edək ki, sözügedən nominasiya üzrə namizədlər arasında Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli olub. 
//Qafqazinfo

YouTube