"Nigar kalfa" ekranlara qayıdır - FOTO
    • 10-12-2018, 15:34
    • 2 184

"Nigar kalfa" ekranlara qayıdır - FOTO

Azərbaycanda da maraqla izlənmiş "Muhteşem Yüzyıl" serialında Nigar kalfa obrazı ilə məşhurlaşan türk aktrisası Filiz Ahmet ekranlara dönür.

News24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınan aktrisa bu dəfə Fox TV-də yayıma başlayacaq "Vurgun" serialında Mihri obrazını canlandıracaq. Böyük büdcəsi olan serialın artıq çəkilişlərinə başlanıb. 

Serialda əsas rolu Erkan Petekkaya və Deniz Çakır canlandıracaqlar. Altan Dönmezin rejissorluğunu etdiyi mövsümün iddialı serialda Emre Kınay və Altan Erkekli kimi məşhur aktyorlar da rol alacaqlar. 

News24.Az