Ayrılan müğənni yenidən evlənir
    • 10-12-2018, 16:00
    • 1 463

Ayrılan müğənni yenidən evlənir

Nişanı qayıdan müğənni Vüqar Muradov subaylığın daşın atır.

İfaçı dekabrın 17-i sevib seçdiyi xanımla nikah masasına oturacaq. 
V. Muradov bildirib ki, toyu mediaya qapalı olacaq:

“Mediada xeyli dostlarım var. Amma toyumun mediada işıqlandırılmasını istəmirəm. Yəqin ki, bu istəyimi anlayarlar. Özəl günümə bütün sənət dostlarımı dəvət etmişəm”.

Qeyd edək ki, Vüqar Muradov 2016-cı ilin mart ayında nişanlanıb, elə həmin ilin iyul ayında da nişanlısından ayrılmışdı.