Övladları Sibel Canın sözünə qulaq asmırlar - FOTO
    • 11-12-2018, 15:02
    • 794

Övladları Sibel Canın sözünə qulaq asmırlar - FOTO

Məşhur türk müğənnisi Sibel Can övladları haqda danışıb.

News24.Az xəbər verir ki, "Altın Kelebek"də bu il "Ən yaxşı fantazi musiqi sənətçisi" mükafatına layiq görülən müğənni övladlarının incəsənətə yönəlmələrini istədiyini bildirib. Onun dediyinə görə qızı Melisanın çox gözəl səsi var. Oğulları Engincan və Emirə rol oynamaqları üçün film və seriallardan çoxlu təkliflər gəlir. Amma heç birinin incəsənətə meyli olmadığı üçün bu sahədə görünüb, tanınmaq istəmirlər:

"Üçünü də inandırmağa çalışıram ki, onlarda uğurlu alınar. Amma heç birisi də razılıq vermir".

News24.Az