"Hürrəm Sultan" Miss Universe 2018 - in podiumunda - FOTOLAR
    • 12-12-2018, 12:43
    • 1 753

"Hürrəm Sultan" Miss Universe 2018 - in podiumunda - FOTOLAR

Miss Universe 2018 (Kainat gözəli) gözəllik müsabiqəsində Türkiyəni təmsil edən Tara De Vries ötən gün podiumda tamaşaçıları sehirləyib.

Müsabiqənin "Milli geyimlər" bölümünün düzənləndiyi gecədə Türkiyə gözəli səhnəyə Hürrəm Sultan obrazında çıxıb. Hər ölkənin milli geyiminin nümayiş olunduğu gecədə Tara öz geyimi ilə xüsusi diqqət çəkib və ən çox alqışlanan gözəllərdən biri olub. 

1992-ci ildə Türkiyə gözəli olmuş Özlem Kaymaz bu il ölkəni sözügedən müsabiqədə təmsil edən qızı Tara üçün müsabiqənin rəsmi instagram hesabında "Bizdən, yaxşı və gözəl olana sahib çıxaq" yazaraq, hər kəsdən dəstək istəyib. 

Qeyd edək ki, Miss Universe 2018-in final gecəsi ayın 17-si Tailandın paytaxtı Banqkok şəhərində baş tutacaq. 

Sözügedən müsabiqədə Zaqafqaziya ölkələrindən Gürcüstan, hətta artıq Ermənistan da iştirak etsə də, təəssüf ki, Azərbaycanın iştirakı davamlı olaraq hələ ki, reallaşmır. Azərbaycan müsabiqəyə yalnız 1 dəfə - 2013-cü ildə Moskvada keçirilərkən qatılmışdı.

News24.Az