Xəyalə də "Maşın Şou"da - SİYAHI
    • 12-12-2018, 16:56
    • 3 967

Xəyalə də "Maşın Şou"da - SİYAHI

Sabah ölkənin ən reytinqli şousu olan "Maşın"ın 17-ci sürətinə start veriləcək.

News24.az xəbər verir ki, hər dəfə olduğu kimi, realiti şounun bu dəfəki buraxılışına sayılı günlər qalmış maşın ətrafında toplanacaq tanınmışların siyahısı medianın gündəmini zəbt edir.

Lakin bu dəfə də adı sadalanan yarışmaçıların kimliyində dəyişiklər baş verib.

Öncə onu qeyd edək ki, “Maşın”da tamaşaçılar “Çəkirəm ha” verilişi ilə tanınan Xəyalə Quliyevanı da görə biləcək.

Sözügedən siyahıda Fira Cəlilova və Allahverdi Yolçuyevin adı olsa da onların yarışmada iştirak etməyəcəyi məlum olub.

Ötən buraxılışda iştirak edən və əlini bilmədən maşından çəkən Fira Cəlilovanın qatılmamasına səbəb isə “Lider” TV-nin rəhbərliyinin icazə verməməmsidir.

“Maşın”ın 16-cı sürətində iştirak etmiş meyxanaçı Ələkbər Yasamallı isə anonsa çəkilsə də sonradan verilişdə iştirakdan imtina edib.

Beləliklə bu günə məlum olan “Maşın- Hind kinosu” sürətinin iştirakçısı bunlardır:

1.Samir Cavadzadə
2.Dilarə Kazımova
3.Səmra Rəhimlii
4.Rühəngiz Allahverdiyeva
5.Mina Hüseyn
6.Ramil Nabran
7.Taleh Yüsbəyov
8.Ranar Musayev
9.Nərgiz Əliyeva
10.Aysel Nazim
11.Nazirə Səfərli
12.Sərxan Kərəmoğlu
13.Xəyalə Quliyeva

Türkan MƏMMƏDLİ