Nadir Qafarzadə də övladlığa uşaq götürəcək?

Nadir Qafarzadə də övladlığa uşaq götürəcək?
ŞOU-BİZNES

18 iyul 2018, 15:16

Mətn ölçüsü

"Xəzər" TV-də prodüser Tarix Əliyevin aparıcılığı ilə yayımlanan "Hər şey daxil" verilişinin qonağı müğənni Nadir Qafarzadə olub. 

İfaçı son zamanlar şou-biznesdə tez-tez müzakirə olunan övladlığa uşaq götürmək məsələsinə münasibət bildirib:

"Qız uşağı götürməyi çox istəyirəm. Amma həyat yoldaşımın bibisi vardı, ziyalı idi. O, uşaq götürüb saxladı və ömrünü ona həsr etdi.

Sonda isə uşaq narkoman. Hər şeyini satdı, yurdunu viran etdi. Əri qazanan idi, qızılları, evləri var idi. Axırda da bunları atıb getdi.

İndi elə şey düşünəndə, yoldaşım deyir ki, bibini yadına sal. İndi bilinmir uşaq hardadır. Deyəsən həbs olunub".

Teymur Məmmədov