Müğənni ilə ailə qurmaq istəməyən azərbaycanlı müğənni... - VİDEO
    • 13-12-2018, 15:00
    • 1 749

Müğənni ilə ailə qurmaq istəməyən azərbaycanlı müğənni... - VİDEO

Müğənni Kamil Cəfərov ailə qurmaq üçün yarının axtarışına çıxıb.

İfaçı bildirib ki, hələ ki könlünə yatan qız yoxdur:

“Allah qismət eləsə, ailə quracam. Amma hələ ki, namizədim yoxdur. İnsanlar müxtəlifdir. Xasiyyətimə uyğun bir xanımla ailə qurmaq istəyirəm. Axtarışdayam. Axtarışlarım hələ də davam edir... Bu günə qədər danışdığım qızlar olub. Danışmışıq, sonra görmüşük ki, bizdə alınmır. Çox vaxt deyirlər, sənin sənətin müğənnilikdi, evə gec gəlirsən. Pis müğənnilər yaxşıların da adına söz çıxarır. Tanıyanlar bilir ki, vaxtında evdə olan adamam”.

Kamil daha sonra bildirib ki, şou-biznesdə olan xanımla ailə qurmaz: “Heç vaxt müğənni xanımla ailə qurmaram. Demirəm ki, pisdir. İşi sırf şou-biznesdə olan qadına evlənmərəm. Şou-biznesdə elə qadınlar var ki, gözəl ailə başçısı, gözəl anadır. Bu sözü deməklə bundan öncə dediyim fikrimi sığortalamıram. Sadəcə bilirəm ki, iki qoçun başı bir qazanda qaynamaz”.

Azər NƏSİBOV