Röya 2018-i "Dama-dama" başa vurur - VİDEO

Röya 2018-i "Dama-dama" başa vurur - VİDEO
ŞOU-BİZNES / SİYASƏT

20-12-2018, 11:00

Mətn ölçüsü

Əməkdar artist Röya Ayxan 2018-ci ilin sonuna yaxın növbəti dəfə damğa vurmağı bacardı.

Sosial şəbəkələrdə onu təhqir edən izləyicilərə dünən xəbərdarlıq göndərən, üstəlik, xəbərdarlığını mediaya da şamil edən Röya bunun ardından gözlənilməz halda elə bir mahnı təqdim etdi ki, ürəyəyatımlılığı ilə bundan əvvəl təqdim etdiyi bir-neçə mahnıdan fərqlənə bildi. “Dama-dama” adlanan yeni mahnı gecədən bu yana ən çox izlənilən mahnılar sırasına daxil olmağı bacardı.  

Sözləri Orxan Mürvətliyə, musiqisi Fərid Kərimliyə aid olan bəstəni həm instagram, həm də YouTube izləyiciləri bəyənib. Hətta R.Ayxanın sözügedən mahnısı bəzi izləyicilərə illər öncə ifa etdiyi mahnıların ab-havasını yaşadıb. Bundan dolayı izləyicilər Röyaya xoş sözlər ünvanlayıblar. 

Son zamanlar ard-arda “Mənə sevgindən bəhs et”, "Afaki", “Problemdir sevgimiz” kimi mahnılar təqdim edən əməkdar artist bu yaxınlarda bəstəkar Muxtar Abseynovun “Bağışlaram” adlı bəstəsini yayımlamağa hazırlaşır.

"Dama-dama" mahnısını təqdim edirik:

Teymur MƏMMƏDOV

YouTube