Fərda ilə Zarina arasında açıq-saçıq geyim qalmaqalı - VİDEO
    • 23-12-2018, 14:18
    • 8 378

Fərda ilə Zarina arasında açıq-saçıq geyim qalmaqalı - VİDEO

Aktyor Fərda Xudaverdiyev və aktrisa Zarina Qurbanova arasında qalmaqal yaşanıb.

News24.az xəbər verir ki, F.Xudaverdiyevin qala gecələrinə qatılan aktrisaların açıq-saçıq geyimlərini tənqid etməsi və onların sırasında Zarina Qurbanovanın adını çəkməsi qarşı tərəfi əsəbləşdirib.

Z.Qurbanova özünü açıq-saçıq geyinən həmkarı ilə bir cərgədə görmədiyini deyib və Fərda Xudaverdiyeva ismarıc yollayıb: "Sənət adamının belə sözlər deməsi heç düzgün deyil. Ən azından səhnənin öz geyimi var. 
Əgər aktyor öz performansından əmindirsə onun üçün baş verən qalmaqallar aktrisaların geyimi maraqlı olmayacaq".

Teymur MƏMMƏDOV