"Çukur", "Avlu", "Bir zamanlar Çukurova" və digər seriallar 21 gün yayımlanmayacaq

"Çukur", "Avlu", "Bir zamanlar Çukurova" və digər seriallar 21 gün yayımlanmayacaq
ŞOU-BİZNES / SİYASƏT

2-01-2019, 11:39

Mətn ölçüsü

Ölkəmizdə də yetəri qədər izlənilən, hətta Azərbaycan üzrə "YouTube" trendində ilk sıralarda qərarlaşan türk serialları 3 həftə yayımlanmayacaq. 

News24.az-ın məlumatına görə bu barədə TRT istisna olmaqla telekanallar ortaq qərar qəbul ediblər. Buna səbəb isə həm reklam şirkətlərinin bu müddət ərzində seriallara pul ayırmaması həm də ekran işini ərsəyə gətirən şirkətlərin sponsorlarla olan müqavilələrini yeniləməsidir. 

Yayımına fasilə verilən seriallar isə "Çukur", "Avlu", "Arka sokaklar", "Eşkiya dünyaya hükümdar olmaz", "Çarpışma", "Gülperi", "İstanbullu gelin", "Erkençi kuş", "Söz", "Sen anlat Karadeniz", "Bir zamanlar Çukurova" və digərləridir. 

Teymur MƏMMƏDOV