"Aparıcılar elə həyasızlaşıb ki, Zaur Kamala şükür" - Teymur Əmrah
    • 3-01-2019, 18:49
    • 1 528

"Aparıcılar elə həyasızlaşıb ki, Zaur Kamala şükür" - Teymur Əmrah

"Deyirlər məni o dünyada ayağımdan asacaqlar. Çünki müğənnilərlə düz dolanmıram".

News24.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Kamal "5/5" verilişində deyib. Onun sözlərinə proqramın qonaqlarından olan əməkdar artist Teymur Əmrah belə reaksiya verib:

"Elə həyasız aparıcılar var ki, sənə min şükür. Bundan sonra sənin verilişinə gələcəm, nə istəsən soruş. Kiminlə necə danışacağını biirsən. Kateqoriyanı bilirsən. 

Efiri bu günə qoymaq olmaz. Gözəl mahnılar oxuyuram, istəyirəm efirdə olum, amma qorxuram. Hansı kanala gedirsən dava, adam qorxur verilişə çıxım. Küçədə şəxsiyətsizlər o qədərdir. Çağırmısınız, qoyun mahnı oxuyaq. başqa şeyləri təhlil edirsiz".