"26 yaşında nə botoks, nə iynələr?" - Safura Əlizadə
    • 4-01-2019, 11:35
    • 2 059

"26 yaşında nə botoks, nə iynələr?" - Safura Əlizadə

"Eurovision 2010" təmsilçimiz Safura Əlizadə botoks və üz dartılması etdirməsi xəbərlərinə münasibət bildirib. 

News24.az xəbər verir ki, S.Əlizadə şəxsi instagram hesabında yazı paylaşaraq deyilənləri təkzib edib:

“Deməli, iki uşaq anası olandan sonra  kökəlsəydim, deyərdilər ki, nə gündədir. Amma mən ki, dəyişməmişəm, əksinə arıqlamışam, üzümdə isə bir dənə belə qırış yoxdur.

İndi də deyirlər ki, üzünə botoks vurdurub. 26 yaşında nə botoks, nə iynələr? Hə, bəzi dəyişiklər ola bilər. Çünki mən də insanam və iki uşaq anasıyam. Bu, normal haldır, az da olsa dəyişməliyəm. Narahat olmayın, genetikam elədir ki, hələ uzun müddət iynələrə və botokslara ehtiyacım olmayacaq. 

Yazmağa başqa mövzu yoxdur? Özünüzdən xəbərlər uydurmağı dayandırın. Hansısa məntiq olmalıdır. 26 yaşında nə üz dartılması?