2019-un sürpriz eşqi - FOTO
    • 5-01-2019, 16:07
    • 1 383

2019-un sürpriz eşqi - FOTO

Türk aktyoru Furkan Andıçla eşq yollarını ayıran aktrisa Dilan Çiçek Deniz yenidən eşqə düşüb.

Bu dəfə o, başqa həmkarına meyl salıb. Onun meyl saldığı həmkarı Birkan Sokulludur. Türk mətbuatının yaydığı xəbərə görə hətta onların aralarında əməlli başlı eşq yaşanır. Yeni aşiqlər dəfələrlə İstanbulun müxtəlif məkanlarında bir yerdə əl-ələ tutarkən və başqa səmimi münasibətlərdə mətbuatın kameralarına tuş gəliblər. 

Xatırladaq ki, Birkan Sokullu yeni eşqindən əvvəl həmkarı Berrak Tüzünağaçla birlikdə idi. İkili 3 illik münasibətlərinə keçən il son qoymuşdular. 

Birkanla Dilanın eşqi 2019-cu ilin sürpriz eşqi kimi qələmə verilib.

News24.Az