Tanınmış aktyor geylərdən sevgili olmaq təklifi alıb - FOTO
    • 9-01-2019, 18:58
    • 1 507

Tanınmış aktyor geylərdən sevgili olmaq təklifi alıb - FOTO

Tanınmış türk aktyoru Can Nergis maraqlı açıqlamalar verib.

Aktyor bildirib ki, model kimi fəaliyyət göstərdiyi vaxtlar yaraşığı başına çox bəla olub. Qeyd edib ki, o vaxtlarda müəyyən adamlardan müxtəlif intim təkliflər alıb. Hətta onların arasında geylər da olub. 

Can Nergis o cür təklifləri Tailandda yaşayıb, bir çox ölkələrdə fəaliyyət göstərərkən alıb. Hətta aralarında "sevgilim ol, avtomobil bağışlayım" deyə, təklif edənlər də olub. 

Aktyor bildirib ki, hazırda evli olduğunu bilə-bilə yenə də bənzər təkliflər alır. Daha çox instagram hesabının DM-sinə yazanlar olur. Amma bildirb ki, heç birinə cavab vermir. Çünki həyat yoldaşını çox sevir.

News24.Az