Rəqsanə ögey oğlundan yazdı: "Bizdə ayrı-seçkilik yoxdur" - FOTO

Rəqsanə ögey oğlundan yazdı: "Bizdə ayrı-seçkilik yoxdur" - FOTO
ŞOU-BİZNES / SİYASƏT

10 yanvar 2019, 10:23

Mətn ölçüsü

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşının birinci evliliyindən dünyaya gələn ögey oğlu Elvin haqda instagram hesabında paylaşım edib. 

News24.az xəbər verir ki, ifaçı Elvini doğma övladlarından ayırmadığını açıqlayıb:

"Elvin mənim üçün Aysun necədirsə elədir. Ögey sözü mənə yaddır. Ola bilər Elvini mən dünyaya gətirməmişəm, ancaq Aysun və digər övladlarım qədər istəyirəm. Mənim həyat yoldaşın o qədər gözəl xasiyyətə malik insandır ki, hər şeyin təməlini ilk gündən necə qoyubsa elə də addımlayırıq. İstər övladlarımız istərsə də mən. Bizdə ayrı-seçkilik yoxdur. Allah hər zaman balalarımızı xoşbəxt etsin".

Teymur MƏMMƏDOV