30 ildən sonra yenidən - "Oskar"ın aparıcısı olmayacaq
    • 10-01-2019, 12:15
    • 831

30 ildən sonra yenidən - "Oskar"ın aparıcısı olmayacaq

Kino sənayesinin ən mühüm hadisəsi olan "Oskar" mükafatlandırması gecəsi ilə bağlı maraqlı məlumat yayılıb. 

News24.az xəbər verir ki, 6 həftə sonra baş tutacaq tədbir aparıcısız keçiriləcək. 30 il öncə də yaşanan eyni vəziyyət zamanı izləyicilər mükafatlandırmanı darıxdırıcı hesab edərək tənqid atəşinə tutmuşdular.

Təşkilatçılar hazırda mükafatları təqdim edəcək məşhurların siyahısını hazırlamaqla məşğuldurlar. 

Qeyd edək ki, bir müddət öncə "Oskar"ın aparıcısı olaraq aktyor Kevin Hart təyin olunsa da sonrada o, "Twitter"də homoseksuallar haqda yazdığı statusa görə bu vəzifədən uzaqlaşdırılmışdı. 

Teymur MƏMMƏDOV