Cennifer Lopez "Bazaar"da - FOTOSESSİYA
    • 10-01-2019, 12:45
    • 1 529

Cennifer Lopez "Bazaar"da - FOTOSESSİYA

Dünyaca tanınmış müğənni Cennifer Lopez “Harper’s Bazaar” jurnalı üçün fotosessiya etdirib.

News24.az xəbər verir ki, 49 yaşlı ifaçı idman stilində çəkilişlər üçün “Chanel”dən olan çimərlik geyimi və “Vex Clothing”dən olan çimərlik papağından istifadə edib.

Palmalar fonunda obyektiv qarşısına keçən J.Lopez “Saint Laurent”in “Body” və hüsürdaban ayyaqbabılarına, “De Beers”brendinin boyunbağına üstünlük verib.

Jurnala açıqlama verən müğənni hədəflərinin heç zaman bitməyəcəyini deyib:

“Bəzən çox yoruluram. Lakin, heç vaxt “bunu etmək istəmirəm istəmirəm” deyə fikirləşmirəm. Sadəcə olaraq hərdən fasilə vermək lazımdır. Mənim hələ çox işim və hədəfim var.

Heç vaxt gördüyüm işlərdən tam razı qalmayacağam. Ümid edirəm ki, “Mən hər şeyi etdim, bütün sözlərimi söylədim” deyəcəyim gün gəlməyəcək”.

Teymur MƏMMƏDOV