Dünyanın ən varlı kişisi boşanır

Dünyanın ən varlı kişisi boşanır
ŞOU-BİZNES / SİYASƏT

10 yanvar 2019, 13:06

Mətn ölçüsü

Dünyanın ən varlı şəxsi, "Amazon" şirkətinin sahibi Ceff Bezos yenidən subay olduğunu elan edib. 

News24.az xəbər verir ki, 139 milyard sərvəti olan olan C.Bezos 1993-cü ildə ailə həyatı qurduğu xanımı ilə yollarını ayırır.

"Boşanaraq münasibətlərimizi dost kimi davam etdirmək qərarına gəldik. Bizim ailəli olarkən həyatımız gözəl idi. Bundan sonra isə valideyn, dost, müxtəlif layihələrdə şərik kimi parlaq gələcəyimiz var"- deyə cütlük açıqlama verib.

Teymur MƏMMƏDOV