İzzət Bağırov: “Sənət adamının işi...” – VIDEO
    • 10-01-2019, 13:35
    • 7 245

İzzət Bağırov: “Sənət adamının işi...” – VIDEO

Müğənni İzzət Bağırov yeni mahnısını təqdim edib.

News24.az xəbər verir ki, ifaçı “Öp” adlı mahnısını “Youtube” kanalında paylaşıb. O bildirib ki, artıq tez-tez yeni yaradıcılıq işləri ilə gündəmə gələcək:

“Sənət adamının işi yaradıcılıqla məşğul olmaqdır. Mən də yeni ildə qarşıma məqsəd qoymuşam ki, daha çox iş görüm.

“Öp” adlı mahnımla start verdim. Sevgililərin sevimli mahnısına çevriləcəyinə inanıram. Bundan əlavə, ötən il ekranlaşdırdığımız “Ümidlər puç olanda” filmi maraqla qarşılandı, istədiyimiz nəticəni əldə etdik.

Bu il yenə dram janrına film çəkəcəyik. Demək oalr ki, ssenari hazırdır, aktyorlar seçilir, rejissorla danışıram. Yeni mahnılar var, onları yazdırıram. Ola bilsin ki, klip də çəkdirdim”.

Qeyd edək ki, “Öp” adlı bəstənin sözləri və musiqisi Samir Vidaya məxsusdur.