"Diva yox, kraliçayam" - Səmra
    • 14-01-2019, 13:16
    • 1 188

"Diva yox, kraliçayam" - Səmra

Müğənni Səmra Rəhimli son günlər müzakirələrə səbəb olan "Diva" söhbətinə münasibət bildirib. 

News24.az xəbər verir ki, müğənni Samir Bağırovun Səmranın ünvanına yazdığı "Diva! Hazır ol əzizim, bu titul sənin olacaq” sözləri qalmaqal yaratmışdı. 

İfaçı İnstaqramda ona bununla bağlı ünvanlanan suala belə cavab verib:

"Mən "diva” olmaq istəmirəm. Pərəstişkarlarım mənə "Queen Samra” ( Kraliça Səmra) deyir. Mən elə "queen” qalmaq istəyirəm”.  

Qeyd edək ki, S.Bağırov Səmranı "Diva" adlandırdığı üçün tənqid edilmişdi. O, bunu dostu olan və "Diva" tituluna sahib olan Aygün Kazımovaya acıq olaraq belə bir addım atdığı bildirilmişdi