Critics Choice Awardsın qalibləri elan edilib
    • 15-01-2019, 17:58
    • 1 038

Critics Choice Awardsın qalibləri elan edilib

Bu il 23-cü dəfə keçirilən Critics Choice Awardsın (Tənqidçilərin Seçimi Mükafatları) qalibləri elan edilib.

Los Ancelesdə keçirilən mərasimdə ilin ən iddialı filmləri və ulduzları mükafat üçün mübarizə aparıb.
“The Wife” filmindəki roluna görə Glenn Close, “A Star Is Born” filminə görə isə Lady Gaga “Ən yaxşı aktrisa” adını qazanıblar. Christian Bale “Vice” filmindəki roluna görə “Ən yaxşı aktyor” seçilib.
“Roma” filmi “Ən yaxşı film”, “Crazy Rich Asians” “Ən yaxşı komediya filmi”, “Sessiz bir yer” “Ən yaxşı elm və fəlsəfə filmi” mükafatını qazanıb.
"Ən yaxşı komediya aktyoru adı Christian Bale, "Ən yaxşı komediya aktrisası” adı isə Olivia Colmana verilib.
"Ən yaxşı komediya serialı aktyoru” adını “Barry” serialına görə Bill Hader, "Ən yaxşı komediya serialı aktrisası” “The Marvelous Mrs. Maisel” serialı ilə Rachel Brosnahan əldə ediblər.
Tənqidçilərə görə, ilin “Ən yaxşı rejissor”u “Roma” filminə görə Alfonso Cuaron olub.
“A Star Is Born” filmindən “Shallow” musiqisi “Ən yaxşı musiqi” seçilib.

//Report