Emin Ağalarov 3 ölkədə çəkilən klipini təqdim etdi - VİDEO
    • 21-01-2019, 14:44
    • 1 146

Emin Ağalarov 3 ölkədə çəkilən klipini təqdim etdi - VİDEO

Xalq artisti Emin Ağalarov yeni klipini təqdim edib. 

News24.az xəbər verir ki, "Neba ne boyalis" adlı yeni işi haqda ifaçı bunları deyib:

"Rusdilli albomumun əsas mahnısı olan "Neba ne boyalis" klip təqdimatının vaxtı gəlib çatdı. Klipin ssenarisi Aleksandr Qrinin "Alie parusa" povesti əsasında yazılıb və çəkilişlərdə əsl hava şarından istifadə olunub. 

Ekran işi 3 ölkədə Rusiya, Gürcüstan və Azərbaycanda çəkilib".

Qeyd edək ki, ekran işinin rejissoru Aleksey Fiqurovdur. 

Teymur MƏMMƏDOV