“Adımdan istifadə edib pul qazananlar onu 3 gündən artıq yeyə bilməz” - Fərda
    • 23-01-2019, 10:31
    • 848

“Adımdan istifadə edib pul qazananlar onu 3 gündən artıq yeyə bilməz” - Fərda

Aktyor Fərda Xudaverdiyev çəkildiyi bəzi filmlərə görə hələ də qonorarını ala bilmədiyini açıqlayıb.

News24.az xəbər verir ki, aktyor ekran işlərini ərsəyə şəxslərə səslənərək haqqını halal etmədiyini bildirib:

“Bilirsiz neçə filmdən alacağım var? Sadəcə olaraq adlarını açıqlamaq istəmirəm. Hər birinə də deyirəm ki, bilərəkdən haqqıma girənlərə heç vaxt haqqımı halal etməmişəm. Onu da qeyd edim ki, tutmayan filmlər siyahısına elə o ekran işləri də daxildir.

Düzdür, məbləğ danışılır, film çəkilir və daha sonra ortada oyunlar fırlanır. İstəməzdim belə olsun. İstənilən halda məbləğdən asılı olmayaraq işə canımı qoyuram. Adımdan istifadə edib pul qazananlar onu 3 gündən artıq yeyə bilməz”.

Teymur MƏMMƏDOV