Nazpəri Dostəliyeva bayağı adlandırılan ifaçılara dəstək oldu
    • 22-07-2018, 13:10
    • 3 377

Nazpəri Dostəliyeva bayağı adlandırılan ifaçılara dəstək oldu

Xalq artisti Nazpəri Dostəliyeva həmkarlarının bayağı adlandırdığı ifaçalara dəstək olub.

Belə ki, müğənni açıqlamasında onların sıxışdırılmasını düzgün olmadığını deyib:

"Onların hər biri azərbaycanlı balasıdır, övladlarımızdır. Əgər ifa etdikləri mahnılar bu dərəcədə sevilibsə, onları sıxışdırıb bir quyuya atmaq düzgün deyil. 

Biz niyə onların üstünə düşüb pis olduqlarını deyək və ruhdan salaq. Sadəcə olaraq həmin uşaqlara tövsiyyələrimizi deyə bilərik. Mütləq universitetlərimizə daxil olsunlar, peşəkar müəllim görsünlər".

Teymur Məmmədov
//Xəzər Maqazin