Flora Kərimova Nəsiminin qəzəlini hindsayağı oxuyan müğənni haqda: "Ağlınızı başınıza yığın"
    • 29-01-2019, 11:22
    • 1 568

Flora Kərimova Nəsiminin qəzəlini hindsayağı oxuyan müğənni haqda: "Ağlınızı başınıza yığın"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmaqızını sərt tənqid edib. 

News24.az xəbər verir ki, buna səbəb A.Fərmanqızının Nəsiminin qəzəlini hind musiqisi ilə ifa etməsi olub. 

F.Kərimova şəxsi instagram hesabında bunları yazıb:

"Bir klassiki təhqir etmək, onun dahiliyini aşağılamaq hələ heç kimə nüfuz gətirməyib. Qızım, əgər hələ azərbaycanlılığınızdan çıxmamısınızsa, ağlınızı başınıza yığın. Reytinq, qazanc, toy xətrinə sənəti, milli-mənəvi dəyəri bu qədər heç edib millətin zövqünə, fikir, fəlsəfə tarixinə və onun əsrlərdir qoruduğu poeziyasına, ədəbiyyatına, musiqisinə xələl gətirmək, təpik atıb ayaq oynatmaq, hörmətsizlik etmək olmaz. Buna heç kimin ixtiyarı yoxdur. 

P.S. Dinləyicilərə isə bir tövsiyyəm var: Övladlarım, pis mahnıya 2-ci dəfə qulaq asmayın. Çünki birdən o pis zövqə alışarsınız..." 

Teymur MƏMMƏDOV