"Elariz, sənə nə oldu?" - Fatimədən cavab
    • 22-07-2018, 18:26
    • 1 868

"Elariz, sənə nə oldu?" - Fatimədən cavab

Xəbər verdiyimiz kimi, müğənni Elariz Məmmədoğlu "ATV maqazin 10larla" verilişində rəqqasə Fatimə Fətəliyevaya göyçək ləqəbini ilk dəfə onun verdiyini deyib.

Sözügedən xəbəri instagram səhifəmizə yerləşdirdikdən sonra F.Fətəliyeva paylaşımın şərh bölməsinə yazaraq məsələyə  münasibət bildirib:

"Elariz, sənə nə oldu? Başına dönüm əcəb edib qoymusan bu adı. Amma əslində mənə məkrəbdə müəllimlərim bu adı qoyub".

E.Məmmədoğlu da rəqqasəyə cavab verib:

"Səhnədə bu adı sənə mən demişəm. Sən isə razı deyildin. Yadından çıxıb deyəsən. İlqar Xəyalla çalışdığın vaxtlar...

Mən səni inandırmağa çalışırdım ki, Göyçək Fatimə yaxşı olar. Sən razı olmadan, mən səni elan edirdim, plov mərasimlərində. Sənin isə bu gün də dilin gəlmir deməyə ki, bu səhnə adını ilk dəfə mənə Elariz deyib. Allah ürəyinə görə versin".

Teymur Məmmədov