“Abid Şərifovun xanımı o qadınlara həsəd aparırdı”

“Abid Şərifovun xanımı o qadınlara həsəd aparırdı” Şou

Şairə Nazilə Səfərli bir zamanlar aparıcısı olduğu “Banu” verilişindən ayrılması barədə danışıb.

News24.az xəbər verir ki, bu barədə o, Pərviz Hüseynin “Pərvizə görə” layihəsində söz açıb:

“Abid Şərifovun həyat yoldaşı gördüm ki, “Banu” verilişinə baxır. Dedi ki, elə paxıllığım tutur o qadınlara – ayağında qaloş, “Marianna” corab, dünya vecinə deyil, tək dərdi qarnı tox olsun. O qadınlara “elə xoşbəxtdir” deyirəm. O vaxtdan mənim ağlımda qalmışdı ki, kimlər kimə həsəd aparır. Onlar da deyir ki, ay Allah, kaş, sarayım olardı. O zamandan mənim ağlımda “Banu” qadınların həsəd apardığı qadın obrazlarının toplandığı veriliş idi. Birdən bəxtimə o veriliş düşdü. O qadınlara ki həsəd aparırdılar, verilişə oradan başladım. Ocaq başındakı qadınn çoxları üçün əlçatmaz olduğunu bilərək başladım”.

O, verilişdən getməsinin səbəbini də açıqlayıb:

“Ayağımla bağlı əməliyyata hazırlaşırdım. Rayonlarda çəkiliş saat 9-dan başlayırdı. Gördüm ki, bu işin öhdəsindən gələ bilməyəcəyəm. Ayrılmağıma əsas səbəb operatorlarım oldu. Hər dəfə axsamağımı ekrana yansıdırdılar. Komandam məni düşünmürdü. Vaxtım yox idi ki, oturum verilişə baxım. Sosial mediada görürdüm ki, axsayıram, məhz axsaya-axsaya getdiyimi özəl çəkirlər. Qəsdən deyildi, sadəcə o qədər idi... Diqqət yox idi”.