"Ad gününə yığılanların çoxu yaltaqlar xorudur" - Xumar Qədimova

"Ad gününə yığılanların çoxu yaltaqlar xorudur" - Xumar Qədimova Şou

“Demək olar ki, bütün tədbirlərə, ad günlərinə dəvət alıram. Hətta efirdəki belə proqramlara ilk mən dəvət olunuram. Mən getməyəndə başqalarını çağırırlar”.

News24.az xəbər verir ki, bu sözləri jurnalist Türkan Məmmədlinin aparıcılığı ilə RTV-də yayımlanan “Çərçivədən kənar” verilişinin üçüncü mövsümünün ilk qonağı olan Əməkdar artist Xumar Qədimova deyib.

Əməkdar artist qeyd edib ki, ad günlərinə çox adam olduğu üçün getmir: “Niyə getmirəm? Çünki orada çox adam olur. Vallah, həddən artıq çox insan toplaşır. Bir insanın 300-500 dostu ola bilərmi? Bizim öz toy məclislərimizdə belə az adam olur. Ad günümüzdə də az sayda insanın iştirak etməsini istəyirik. Heç kim məndən inciməsin. Az adam dəvət etsinlər, mən də gedim. Yoxsa, belə çox adamın toplandığı tədbirlərdə iştirak etmək istəmirəm”.

Daha ətraflı RTV-nin videomaterialında: