Ağır xəstəliyinin müalicəsini tapdı - FOTO

Ağır xəstəliyinin müalicəsini tapdı - FOTO Şou
Rusiyanın populyar müğənnisi Lolita Milyavskaya uzun müddətdir ağır xəstəliklə mübarizə apardığını açıqlayıb.

Müğənni bildirib ki, o, arterial təzyiqdən əziyyət çəkir. Hətta ötən ilin sonunda təzyiqi o həddə qalxıb ki, Belarusiyada verəcəyi konsertini məcburi təxirə salmalı olub. Ancaq bu yaxınlarda Lolita xəstəliyinin müalicəsini tapa bilib. Müğənni qirudoterapiyaya (zəli ilə müalicə) müraciət edib.

Milyavskaya bildirib ki, müalicəsinin 6 seansını geridə qoyub. Terapiya uğurlu nəticəsini artıq büruzə verib. O, özünü çox yaxşı hiss edir və hər kəsə təbii yolla müalicə olunmağı məsləhət görüb.

News24.Az


Ağır xəstəliyinin müalicəsini tapdı - FOTO