Alessandro Safina Azərbaycanda! - VİDEO/FOTO

Alessandro Safina Azərbaycanda! - VİDEO/FOTO Şou
Məşhur italyan tenor Alessandro Safina Azərbaycana gəlib.

News24.az xəbər verir ki, onun paytaxtımıza səfəri bu axşam Yaşıl Teatrda əfsanəvi sənətkar Müslüm Maqomayevin xatirə gecəsində iştirakı ilə bağlıdır.

A.Safina baş tutacaq konsertin məşqindən instaqram səhifəsində kadrlar paylaşıb. O, həmçinin Xalq artisti Emin Ağalarovla görüşüb.

Emin bildirib ki, Safina avqustun 17-də “Yaşıl Teatr”da baş tutması planlaşdırılan Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsində çıxış edəcək.