"Allaha inananlar söyüş yazmırlar, təhqir edənlər inancsızlardır" - Bilal Əliyev

"Allaha inananlar söyüş yazmırlar, təhqir edənlər inancsızlardır" - Bilal Əliyev Şou
"İnsanlar bütün sosial şəbəkələrə rəsmi sənədlə daxil olmalıdır. Şəxsiyyət vəsiqəsi ilə səhifələr açılmalıdır". 

Bunu News24.az-a açıqlamasında Xalq artisti Bilal Əliyev deyib.

O bildirib ki, bəzi şəxslər sosial şəbəkələrdə 100-ə yaxın hesab açıb, başqalarını söyürlər: "Bəlkə də kimlərsə onlara sponsorluq edir ki, get, filankəsi söy. Ancaq rəsmi sənədlə girdiyi halda kimisə söysə, cəzasını ala bilər. Xüsusilə, “TikTok”da hərc-mərclik, sahibsizlik var, orada əxlaqi dəyərlər çox aşağıdır. 

Mənim öz profilimdə söyüş söyənlər olmur, çünki bilirlər ki, yazsalar da, pozacam. Buradan bütün insanlara sözüm var. Elədiyimiz hər bir əməli başqaları görməsə də, Allah görür. Bir insan Allahın varlığına şübhə edirsə, o xəstədir. Allaha qorxusu olan insanlar söyüş yazmırlar"

İbrahim Əliyev