Almaz Ələsgərli qızlarından danışdı

Almaz Ələsgərli qızlarından danışdı Şou

Almaz Ələsgərli qızları Mədinə və Əminə və nəvələrindən söz açıb.

News24.az Olay-a istinadla xəbər verir ki, bu barədə o, “Xəbərin var?” verilişində danışıb.

Əməkdar artist bildirib ki, onun Avropada yaşayan qızı Mədinə tibb bacısı digər qızı Əminə isə turizm şirkətində çalışır:

“Mədinə İsveçdə, Stolkqolmda yaşayır. 2 qız və bir oğlan nəvəm var. Aprelin 20-si Mədinənin ad günüdür. Efir vasitəsi ilə onu ürəkdən təbrik edirəm.

Mədinə Stolkqolmda tibb bacısı işləyir. Orada bunun təhsili alıb. O işinə sevgi ilə yanaşdığını deyir. Əminə isə Bakıdadır. O hazırda turizm şirkətlərinin birində çalışır. Xarici ölkələrə tez-tez səfər edir”.