Aparıcını yamsılayan Əminəyə Rəqsanədən - REAKSİYA

Aparıcını yamsılayan Əminəyə Rəqsanədən - REAKSİYA Şou

Müğənni Əminənin aparıcını yamsılayaraq lağa qoyması Rəqsanənin xoşuna gəlməyib.

News24.az Yenicag.az-a istinadən xəbər verir ki, o sosial şəbəkə hesabında canlı yayım açaraq həmkarına səslənib:

“Əminə Şirin aparıcılarımızı parodiya edib. O qızı çox istəyirəm, amma bir söz deyim, bizi insanlara təqdim edən, tanıdan aparıcılardır. Gərək onları parodiya etməyəydi”.

Qeyd edək ki, Əminə ad çəkmədən aparıcılardan birini parodiya edib və lağa qoyub:

“Deyirəm, filan günü filankəsi gördüm. Deyir, aaa, ooo, nə danışırsan, doğrudan gördün? Deyirəm hə, gördüm, salam verdim, o da dedi, necəsən? Özü də çox istədiyim aparıcıdır”.