"Atam qulluqçu olub" - Xalq artisti
Şou
"Rəhmətlik atam qulluqçu (dövlət qulluqçusu) olub, Sovet partiyası sistemində çalışıb. Sonuncu işi Rayon İcraiyyə Komitəsinin katibi idi. Anam isə pambıq yığan işləyib. Atam onu haradasa görüb, xoşuna gəlib və evləniblər. Sadə bir ailədə böyümüşəm".
News24.az xəbər verir ki, bu sözləri "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı, Xalq artisti Rasim Balayev deyib.
"Orta məktəbi yaxşı oxumuşam, təxminən 7-ci sinfə qədər əlaçı olmuşam. Ancaq 7-ci sinifdən sonra müəyyən filmlər oldu ki, onlara aludə oldum", - deyə o bildirib.
Davamı videoda:
Günel Məlikzadə