Aygün Kazımovanın səhifəsilə bağlı maraqlı təfərrüat

Aygün Kazımovanın səhifəsilə bağlı maraqlı təfərrüat Şou

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Aygün Kazımovanın 1.4 milyon izləyici sayı olan İnstaqram hesabı bilinməyən şəxs və ya şəxslər tərəfindən ələ keçirilib, bütün paylaşımları silinib.

News24.az Xalq artistinin oğurlanan səhifəsi ilə bağlı yeni detal əldə edib.

Belə ki, A.Kazımovanın 1.4 milyon izləyici sayı olan İnstaqram hesabına baxdıqda, onun iki nəfəri izlədiyini, həmin hesablardan birinin erməni adlı “Arsen_yx” , digərinin isə “Theabasof” ( Nihat Abbasov) adlı istifadəçinin olduğunu görmək mümkündür. 

Onu da qeyd edək ki, “Arsen_yx”adlı istfadəçi xaker, “Theabasof” ( Nihat Abbasov) adlı istifadəçi isə Sosial Media Meneceridir. 

Mehriban Mirzəzadə



Aygün Kazımovanın səhifəsilə bağlı maraqlı təfərrüat