Aynişan yeni evindən görüntülər paylaşdı - Video
Şou
Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan yeni evindən görüntülər paylaşıb. Bir müddət əvvəl evinin təmir işlərinin başa çatdığını bildirən influenser artıq yeni mənzilinə köçdüyünü elan etmişdi.
News24.az "Yeni Sabah"a istinadla xəbər verir ki, 34 yaşlı blogerin bu dəfə lüks mətbəxindən çəkdiyi video izləyicilər arasında böyük maraq doğurub.
Paylaşılan görüntülərdə Aynişanın modern dizayn edilmiş mətbəxində pomidor-yumurta hazırladığı əks olunur. Minimalist və açıq tonların üstünlük təşkil etdiyi interyerdə yaşıl şkaflar, iri pəncərələr diqqət çəkib.