Aynişan Quliyevaya qarşı - DƏLƏDUZLUQ

Aynişan Quliyevaya qarşı - DƏLƏDUZLUQ Şou

Tanınmış bloger Aynişan Quliyevaya qarşı dələduzluq edilib. 

News24.az xəbər verir ki, naməlum şəxs onun adından anası, əməkdar artist Aybəniz Haşımovaya və digər yaxınlara mesaj yazaraq pula ehtiyacı olduğunu bildirib. 

Bu barədə Aynişan şəxsi instaqram hesabında qeyd edib. O bildirib ki, sözügedən şəxs onun "Teleqram" hesabını ələ keçirərək hamıdan pul istəyib. 

Bloger artıq bununla bağlı şikayət də edib. O polis bölmələrindən birində yaxınlaşaraq həçmin dələduz barəsində şikayət ərizəsi yazıb. /baku.ws

Aynişan Quliyevaya qarşı - DƏLƏDUZLUQ