"Azərbaycanda filmə çəkilmək mənim üçün inanılmaz təcrübə oldu"

"Azərbaycanda filmə çəkilmək mənim üçün inanılmaz təcrübə oldu" Şou

Türkiyəli aktrisa Özge Gürel bu gün qatıldığı tədbirdə baş rollarından birini ifa etdiyi, Azərbaycanın Vətən müharibəsinə həsr olunan “44” bədii filmi ilə bağlı təəssüratlarını bölüşüb.

News24.az xəbər verir ki, aktrisa "Gece mühabiri"nə açıqlamasında filmdə rol almağın onun üçün qürurverici olduğunu bildirib:

"Mənim üçün inanılmaz bir təcrübə idi. Özümü çox yaxşı hiss etdiyim bir dövr oldu. Hekayələrimizi birlikdə təqdim etmək çox təsirli idi. Böyük zövqlə çalışdıq və çox xoşbəxtəm. Geri dönüşlər də olduqca gözəldir.

Bu, həqiqətən də möhtəşəm hissdir. Bir müsahibəmdə də demişdim ki, illərlə başqalarının hekayələri ilə böyümüşük. Axşam evə gələndə izlədiyimiz seriallar, televiziyada gördüyümüz hekayələr uşaqlıq illərimizdə bizim üçün çox həyəcanverici idi. İndi isə öz hekayələrimlə başqa evlərə, başqa dünyalara qonaq olmaq bir aktyor üçün möhtəşəm hissdir".