Azərbaycanlı teleaparıcı VƏFAT ETDİ - YENİLƏNDİ - FOTO

Azərbaycanlı teleaparıcı VƏFAT ETDİ - YENİLƏNDİ - FOTO Şou
Tanınmış aparıcı Şamil Famillinin vəfatı ilə bağlı bəzi detallar ortaya çıxıb.

News24.az xəbər verir ki, ilkin məlumata əsasən, aparıcı dünyasını dəyişəndən iki gün sonra evində tapılıb. O, hamam otağından çıxarkən müvazinətini itirərək yıxılıb. Nəticədə başından ağır xəsarət alan aparıcı hadisə yerindəcə həyatını itirib.

Ş. Famillinin yaxınları sonuncu dəfə mayın 31-də onunla əlaqə saxladıqlarını qeyd ediblər. Ondan iki gün xəbər almadıqlarını, bundan sonra hərəkətə keçdiklərini bildiriblər.

Aparıcının nəşi tibbi ekspertizaya göndərilib. /qafqazinfo.az

***


Aparıcı Şamil Familli dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə ARB Telekanalı məlumat yayıb.

Qeyd edək ki, Ş. Familli bundan öncə AzTV və Lider TV-də çalışıb. O, bir müddət öncə ARB TV-də yayımlanan "Bazar düzü" verilişinin aparıcısı olub. 



Azərbaycanlı teleaparıcı VƏFAT ETDİ - YENİLƏNDİ - FOTO