"Azərbaycanlılar TikTok-u çirkab etdi"

"Azərbaycanlılar TikTok-u çirkab etdi" Şou

Müğənni Səidə Dadaşova TikTok sosial şəbəkə platformasını tənqid edib.

News24.az axşam.az-a istinadla xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" verilişində söz açıb. O bildirib ki, TikTok-da canlı yayıma girəndə çox əsəbiləşdiyi üçün həyat yoldaşı ona qadağa qoyub:

"Dinə çox bağlıyam. TikTok-da dindən danışırdım. Çox stress yaşadım. Orada elə insanlar yazırdı ki... Fikirləşdim ki, bu platformanı bizimkilər adiləşdirdi, çirkab etdi. Normal insan da ora girəndə elə bilirlər ki, sən də onlar kimisən. Şükür Allah ağlımı əlimdən almayıb. TikTok məni əsəbiləşdirirdi, ona görə bağladım".