Bayağı musiqiyə maraq qadağayla artır
Şou
"Mən zövqümü korlayan musiqiyə qulaq asmıram".
News24.az xəbər verir ki, bunu müğənni Sevda Yahyayeva RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində deyib.
"Bu dəqiqə internet dövrüdür, heç nəyin qarşısını almaq olmur. Nə qədər desək ki, filan musiqi bayağıdır insanlarda həmin musiqiyə qarşı daha da maraq oyadacağıq. Nəyi daha çox pisliyirsənsə ona daha çox maraq yaranır. Yaxşı zövqlü insan onsuz da yaxşı musiqiyə qulaq asacaq" - deyə müğənni bildirib.
Davamı videoda:
Günel Məlikzadə