Bella və Cicidən Fələstinə 1 milyon dollar
Şou
Bu gün podiumda ən çox axtarılan modellər arasında yer alan Cici Hadid və Bella Hadid, şübhəsiz ki, moda sənayesinin ən məşhur adlarıdır.
News24.az xəbər verir ki, həmişə bir-birlərinə dəstək olan və sənayeyə addım atdıqları gündən tez-tez birlikdə çalışan bacılar, Fələstinə verdikləri dəstəklə tez-tez gündəmə gəlirlər.
Qeyd edək ki, Hadid bacılarının Fələstinə ianə etdiyi məlum olub.
Fələstinli iş adamı Məhəmməd Hadidin ABŞ-da doğulub böyüyən qızları Fələstinə humanitar yardım səylərini dəstəkləmək üçün 1 milyon dollar bağışlayıblar.
Bildirilib ki, ianə Qəzzadakı münaqişədən zərər çəkmiş uşaqlar və ailələrə yönəlmiş dörd humanitar təşkilat arasında bərabər paylanacaq.
Günel Məlikzadə