"Bir-birimizin ətini yeyirik" - Xuraman Əlizadə
Şou
Aktrisa Xuraman Əlizadə instaqramda ağlayan videosunu paylaşıb.
News24.az xəbər verir ki, aktrisa yaydığı kadrlarda bunları deyib:
“Allah ölümün də xeyirlisindən nəsib etsin. Bir-birimizin qədrini bilək. Dünya heç kimə, Süleymana da qalmayıb. Biz kimik ki... Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Yerdə qalanlara can sağlığı versin. Bir-birimizin qədrini bilək, sonra deməyək – heyif. Hər birimizin yolu qəbiristanlıqdan keçəcək. Biz nə edirik? Bir-birimizi qırırıq, ətini yeyirik, birinin sözü o birinin boğazından keçmir. Bacı qardaşla danışmır, ata bala ilə düşməndir, bala ana ilə düşməndir. Nə etdiyimizi özümüz də bilmirik. Tək bilirik ki, sonumuz buradır”.