Bred Pitt təqaüdə çıxır?

Bred Pitt təqaüdə çıxır? Şou
Məşhur aktyor Bred Pitt təqaüdə çıxmaqla bağlı verilən sualları cavablayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor bu gözlənilməz  sualdan özünü itirsə də, onu cavablayıb. O, sadəcə orta yaşı keçdiyini, qarşıdakı illər üçün heç vaxt plan qurmadığını deyib: "Həyatım boyu beşillik plan belə qurmamışam. Hər gün nəyi doğru bilmişəmsə, onu eləmişəm. İndi də o cür yaşayıram”

Pitt bu sualları yeni çəkilmiş “Bullet train” filminin qala gecəsində cavablayıb. 

Qeyd edək ki, film avqustun 5-də ictimaiyyətə təqdim olunacaq.

Vüsalə Babaşova



Bred Pitt təqaüdə çıxır?